Malayziyada 16-cı yeni Kral seçilib

Malayziyada 16-cı yeni Kral seçilib Bakı. 24 yanvar. REPORT.AZ/ Malayziya müstəqillik tarixinin sayca 16-cı kralını seçib.
Digər ölkələr
24 Yanvar , 2019 13:04
Malayziyada 16-cı yeni Kral seçilib

Bakı. 24 yanvar. REPORT.AZ/ Malayziya müstəqillik tarixinin sayca 16-cı kralını seçib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Malayziya Hökmdarları Məclisinin Terenqqanu ştatının sultanı Mizan Zeynal Abidinin sədrliyi ilə keçirilən iclasında Pahanq ştatının sultanı Abdullah Riayətüddin əl Mustafa Billah ölkənin növbəti kralı elan olunub.

Konstitusiyaya əsasən, Malayziyada əsasən təmsilçi roluna malik olan, ölkədə islamın himayəçisi sayılan və həmçinin Ali Baş Komandan vəzifəsini də icra edən Kral (“Yang di Pertuan Agong”) ölkənin 9 ştatının vərəsəlik başçıları olan sultanlar tərəfindən rotasiya (əvəzləmə) qaydası ilə beşillik müddətə seçilir.

Əvvəlki kral Beşinci Məhəmməd cəmi iki il hakimiyyətdə olduqdan sonra ötən ilin sonunda Rusiya vətəndaşı, vaxtilə Moskva gözəllik müsabiqəsinin qalibi ilə evlənib, yanvarın əvvəllərində səhhətilə bağlı taxt-tacdan imtina etmişdi. Kralın taxt-tacdan imtinası Malayziyada ilk belə hadisə olaraq ictimaiyyətdə böyük şok yaratmışdı.

Qatı idman həvəskarı, İngiltərədə təhsil aldığı vaxt polo ilə məşğul olmuş yeni 59 yaşlı Kral FİFA şurasının üzvü, Asia Hokey Assosiasiyasının prezidenti, Beynəlxalq Hokey Federasiyasının İcraçı Şurasının üzvü, Malayziya Futbol Assosiasiyasının sabiq prezidentidir.

Yeni Kralın taxt-taca çıxma mərasimi yanvarın 31-də keçiriləcək.

İngilis versiyası Malaysia elects new king

Son xəbərlər

Orphus sistemi