Malayziyada koronavirusa yoluxanların sayı 6 500-ü ötdü

Malayziyada koronavirusa yoluxanların sayı 6 500-ü ötdü Malayziyada son sutkada daha 68 nəfər koronavirusa yoluxub.
Digər ölkələr
8 May , 2020 14:08
Malayziyada koronavirusa yoluxanların sayı 6 500-ü ötdü

Malayziyada son sutkada daha 68 nəfər koronavirusa yoluxub.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bildirilib ki, Malayziyada virusa yoluxanları sayı 6 535-ə, qurbanların sayı isə 107-yə çatıb.

Qeyd edək ki, Malayziyanın baş naziri Muhiddin Yassin mayın 4-dən ölkədə bütün iqtisadi sektorun işini bərpa etdiyini bildirib.

Malayziyada karantin tədbirləri mayın 12-dək davam edəcək.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,9 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 271 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi