Malayziyada koronavirusa yoluxanların sayı 6 400-ü keçdi

Malayziyada koronavirusa yoluxanların sayı 6 400-ü keçdi Malayziyada son sutkada daha 45 nəfər koronavirusa yoluxub.
Digər ölkələr
6 May , 2020 13:35
Malayziyada koronavirusa yoluxanların sayı  6 400-ü keçdi

Malayziyada son sutkada daha 45 nəfər koronavirusa yoluxub.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bildirilib ki, son sutkada daha 1 nəfər koronavirusun qurbanı olub. Beləliklə, Malayziyada virusa yoluxanları sayı 6 428-ə, qurbanların sayı isə 107-yə çatıb.

Qeyd edək ki, Malayziyanın baş naziri Muhiddin Yassin mayın 4-dən ölkədə bütün iqtisadi sektorun işini bərpa etdiyini bildirib.

Malayziyada mayın 12-dək karantin tədbirləri davam edəcək.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,7 milyonu ötüb. Bunların 1,2 milyon nəfərdən çoxu sağalıb, 258 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi