​Malayziyada ildırım vurması nəticəsində bir nəfər ölüb, üçü isə xəsarət alıb

​Malayziyada ildırım vurması nəticəsində bir nəfər ölüb, üçü isə xəsarət alıb Təbii fəlakət nəticəsində həlak olan 15 yaşlı yeniyetmə olub
Digər ölkələr
26 Sentyabr , 2015 12:00
​Malayziyada ildırım vurması nəticəsində bir nəfər ölüb, üçü isə xəsarət alıb

Bakı. 26 sentyabr. REPORT.AZ/ Malayziyanın şimal-şərqində yerləşən kəndlərdən birində anqara ildırımın düşməsi nəticəsində 15 yaşlı yeniyetmə ölüb, onun 3 nəfər qohumu isə yaralanıb. "Report" dpa agentliyinə istinadən xəbər verir ki, hadisə Trenqqanu əyalətində baş verib. Gənclər çayda tor yerləşdirən zaman onları qəfil fırtına yaxalayıb və həmin insanlar yaxınlıqda sığınacaq axtarmaq məcburiyyətində qalıblar.

Bildirilir ki, xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər. Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.

Son xəbərlər

Orphus sistemi