Yuxarı
    Bağlamaq

    Malayziyada İŞİD-lə əlaqədə olan 6 nəfər həbs edilib

    Polis onların mənzillərində partladıcı maddələr üçün materiallar aşkar edib

    Bakı. 15 yanvar. REPORT.AZ/ Malayziyada İŞİD-lə əlaqədə olmaqda şübhəli bilinən 6 nəfər həbs edilib.

    "Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

    Xəbərdə bildirilir ki, bununla bağlı əməliyyat ölkənin şimal-qərbindəki Pasir-Mas şəhərində aparılıb. Saxlanılanlar 30-40 yaşlı şəxslərdir.

    "Söhbət onların İŞİD-lə əlaqəsindən gedir. Biz daha sonra bu şəxslərin ölkə üçün təhlükəli olub-olmamaları barədə də təhqiqat aparacağıq" – deyə polis rəsmisi bildirib.

    Polis saxlanılanların mənzillərində partladıcı maddələr üçün materiallar aşkar edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi