Malayziyada hərbi təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb - YENİLƏNİB

Malayziyada hərbi təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb - YENİLƏNİB İyunun 15-də səhər saatlarında radarlardan itən təyyarənin qalıqları havaya qalxdığı hərbi bazadan 51 km. aralıda aşkarlanıb
Digər ölkələr
15 İyun , 2017 13:23
Malayziyada hərbi təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb - YENİLƏNİB

Bakı. 15 iyun. REPORT.AZ/ Malayziya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, iyunun 15-də səhər saatlarında radarlardan itən təyyarənin qalıqları havaya qalxdığı hərbi bazadan 51 km. aralıda aşkarlanıb. 

Məlumata görə, qəza nəticəsində 2 pilot həlak olub. 

*** 10:49

Malayziyanın Hərbi Hava Qüvvələrinə məxsus təyyarəsi radarlardan itib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə bu gün səhər saatlarında Kuantan şəhərində yerləşən aviabazadan havaya qalxıb və  təxminən yarım saatdan sonra təyyarə ilə əlaqə kəsilib.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Son xəbərlər

Orphus sistemi