Bakı. 30 avqust. REPORT.AZ/ Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində baş nazir Nəcib Razakın istefası tələb ilə etiraz aksiyaları ikinci gündür davam edir.
"Report"-un BBC-yə istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanları nümayişlərdə 25 minə yaxın insanın iştirak etdiyini açıqlasa da, etirazçılar bu rəqəmin 200 min nəfər olduğunu iddia edir. Aksiyalarda iştirak edənlərin bir qismi gecəni küçələrdə keçirib.
Nəcib Razakın bank hesabına naməlum xarici sponsorlar tərəfindən 700 milyon dollar vəsaitin köçürülməsi xəbəri Malayziyada ciddi qalmaqala səbəb olub.
Hökümət başçısı isə bütün ittihamları rədd edir.