Malayziyada 60 yaşlı kişi koronavirusdan ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu, ölkədə koronavirusdan ilk ölüm faktıdır.
Qeyd edək ki, Malayziyada virusa yoluxanlarla 193 nəfərin təmasda olduğu aşkarlanıb. Onlar evdə karantin şəraitində saxlanılırlar.