Malayziyada 2 nazir karantinə alınıb

Malayziyada 2 nazir karantinə alınıb Məlumata görə, Malayziada 133 992 nəfər koronavirusa yoluxub, onlardan 551-i vəfat edib.
Digər ölkələr
11 Yanvar , 2021 10:35
Malayziyada 2 nazir karantinə alınıb

Malayziyanın iqtisadiyyat naziri Mustafa Məhəmmədin COVID-19 testinin pozitiv çıxması ilə bağlı ölkənin xüsusi xidmətlər naziri Mohd Redzuan Yusuf və multimedia naziri Seyfəddin Abdulla da karantinə alınıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı "TRT Haber" yayıb.

Mohd Redzuan Yusif bildirib ki, hökumətin son iclasında bütün iştirakçılar maska taxıb: “Kreslolarımız arasında da şəffaf qoruma pərdəsi var idi. Ötən həftə koronavirusa yoluxan Mustafa Məhəmmədə yaxın oturduğum üçün test etdirdim. Bir müddət karantində qalacağam”.

Nazirlər Kabinetinin açıqlamasına görə, Malayziyanın baş naziri Muhiddin Yasin COVID-19-a yoluxan nazirdən 7 metr aralı oturduğu üçün karantinə alınmasına ehtiyac olmayıb.

Seyfəddin Abdulla da vəziyyətinin yaxşı olduğunu qeyd olunub.

Qeyd edək ki, bir müddət əvvəl Malayziyanın din işləri üzrə nazir Zulkifli Məhəmməd əl-Bakri də COVID-19-a yoluxmuşdu. Bundan sonra baş nazir Muhiddin Yasin və hökumətin bəzi üzvləri 14 günlük ev karantininə alınmışdı.

Malayziyada indiyədək 133 992 nəfər koronavirusa yoluxub, onlardan 551-i vəfat edib.

Son xəbərlər

Orphus sistemi