Malayziya yenidən Pxenyanda səfirlik açacaq

Malayziya yenidən Pxenyanda səfirlik açacaq Bakı. 12 iyun. REPORT.AZ/ Malayziya Şimali Koreyada ölkə səfirliyinin fəaliyyətini bərpa etmək niyyətindədir.
Digər ölkələr
12 İyun , 2018 17:25
Malayziya yenidən Pxenyanda səfirlik açacaq
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ Malayziya Şimali Koreyada ölkə səfirliyinin fəaliyyətini bərpa etmək niyyətindədir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Malayziyanın baş naziri Mahathir Mohamad "Nikkei Asian Review" nəşrinə müsahibəsində bildirib.

Qeyd edək ki, iki ölkə arasındakı münasibətlər 2017-ci ilin fevral ayında Kuala Lumpur hava limanında KXDR vətəndaşının qətlə yetirilməsindən sonra pisləşib. Həmin zaman Cənubi Koreya tərəfi xüsusi xidmət orqanlarına istinadən qətlə yetirilən şəxsin Şimali Koreya lideri Kim Çen Inın böyük qardaşı Kim Çen Nam olduğunu bildirmiş və qətlə görə KXDR tərəfini ittiham etmişdi.

Diplomatik qalmaqal fonunda KXDR-də Malayziya səfirliyinin fəaliyyəti, demək olar ki, dayandırılmışdı.

Son xəbərlər

Orphus sistemi