Malayziya şimali koreyalıların, KXDR isə malayziyalıların ölkədən çıxışına qadağa qoyub

Malayziya şimali koreyalıların, KXDR isə malayziyalıların ölkədən çıxışına qadağa qoyub Bu addımı ilk olaraq Şimali Koreya atıb
Digər ölkələr
7 Mart , 2017 08:56
Malayziya şimali koreyalıların, KXDR isə malayziyalıların ölkədən çıxışına qadağa qoyub

Bakı. 7 mart. REPORT.AZ/ Malayziya baş naziriniin müavini Əhməd Zahid Həmidi Koreya Xalq Demokratik Respublikasının hərəkətlərinə cavab olaraq Şimali Koreya vətəndaşlarının ölkədən çıxmasına qadağa qoyub.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

“Biz Şimali Koreya səfirliyinin bütün əməkdaşlarının buradakı sayını müəyyənləşdirmək istəyirik. Hakimiyyət onların sayını və yerlərini müəyyən edənədək Şimali Koreya səfirliyinin əməkdaşları binanı tərk edə bilməz”, - deyə nazir müavini vurğulayıb.

Bundan əvvəl KXDR Malayziya vətəndaşlarının ölkədən çıxmasına müvvəqqəti qadağa tətbiq edib. Bu addım Şimali Koreya liderinin ögey qardaşı Kim Çon Namın qətlə yetirilməsi ilə qadər Malayziya ərazisində olan Şimali Koeya vətəndaşlarının və diplomatlarının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə atılıb.

Son xəbərlər

Orphus sistemi