Yuxarı
    Bağlamaq

    Malayziya polisi terror qruplaşmaları ilə əlaqədə şübhəli bilinən 7 nəfəri həbs edib

    Ölkə polisi bununla bağlı bir neçə reyd keçirib

    Bakı. 6 mart. REPORT.AZ/ Malayziya polisi terror qruplaşmaları ilə əlaqədə şübhəli bilinən 7 nəfəri həbs edib.

    "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanının rəhbəri Xalid Əbu Bəkir məlumat yayıb.

    Onun sözlərinə görə, ölkə polisi bununla bağlı bir neçə reyd keçirib. Saxlanılanlar arasında Malayziyanın 1, Yəmənin 4, İndoneziyanın 1, habelə Orta Asiya ölkələrindən də birinin 1 vətəndaşı var.

    Bildirilir ki, İndoneziya və Malayziya vətəndaşları avtomobildə quraşdırılmış partlayıcı maddə vasitəsilə krallıq ərazisində terror aktı törətməyi planlaşdırırmış. Onlar bundan sonra Suriyaya gedərək İŞİD terror qruplaşmasına qoşulmaq niyyətində imiş.

    Həbs edilmiş Yəmən vətəndaşları separatçı qruplaşmalarla əlaqədə şübhəli bilinirlər. Hüquq-mühafizə orqanlarının versiyasına görə, onlar saxta sənəd hazırlamaqla məşğul olublar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi