Malayziya polisi ölkədə İŞİD yaraqlılarının fəallaşmasından narahatdır

Malayziya polisi ölkədə İŞİD yaraqlılarının fəallaşmasından narahatdır "İŞİD-in Malayziyadakı fəaliyyəti birinci mərhələni aşaraq ikinci mərhələyə keçib"
Digər ölkələr
21 May , 2015 11:48
Malayziya polisi ölkədə İŞİD yaraqlılarının fəallaşmasından narahatdır

Bakı. 21 may. REPORT.AZ/  "İslam Dövləti" (İŞİD) qruplaşmasının yaraqlıları öz fəaliyyətini maliyyələşdirmək üçün hazırda Malayziyada insan oğurluğu və bank soyğunlarını planlaşdırır.  

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə paytaxt Kuala-Lumpur polisinin rəhbəri  Tacuddin Məhəmməd İsa bildirib. 

"İŞİD-in Malayziyada fəaliyyəti yeni üzvlərin cəlb olunması və toplanmasından ibarət birinci mərhələni aşaraq ikinci mərhələyə keçib", - Sinqapurun "Straits Times" qəzeti polis əməkdaşının sözlərini yazır. İsanın sözlərinə görə, terrorçuların hədəfləri həmçinin çox sayda xarici vətəndaşlardan ibarət işçiləri olan biznes mərkəzləri və dövlət müəssisələri də ola bilər. Bundan başqa, polis rəisi qeyd edib ki, İŞİD yaraqlıları silah əldə etmək üçün hərbi düşərgə və polis idarələrinə hücumları planalşdırır. 

Son xəbərlər

Orphus sistemi