Malayziya KXDR ilə vizasız rejimi ləğv edir

Malayziya KXDR ilə vizasız rejimi ləğv edir Müvafiq addım təhlükəsizlik məqsədi ilə atılıb
Digər ölkələr
2 Mart , 2017 08:51
Malayziya KXDR ilə vizasız rejimi ləğv edir

Bakı. 2 mart. REPORT.AZ/ Malayziya hakimiyyəti Şimali Koreya ilə vizasız rejimi ləğv etmək qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müavini Əhməd Zahid Həmidiyə istinadən "Bernama" agentliyi məlumat yayıb.

Həmidinin sözlərinə görə, müvafiq addım təhlükəsizlik məqsədi ilə atılıb.

Koreya Xalq Demokratik Respublikası vətəndaşları üçün viza rejimi martın 6-dan qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi