Malayziya HHQ-nin hərbçisi yoldaşlarına atəş açıb, 4 nəfər ölüb

Malayziya HHQ-nin hərbçisi yoldaşlarına atəş açıb, 4 nəfər ölüb Malayziyanın Saravak əyalətində Krallıq Hava Qüvvələrinə məxsus şəxsi heyət üzvünün yoldaşlarına atəş açması nəticəsində 4 nəfər ölüb.
Digər ölkələr
13 Avqust , 2021 13:40
Malayziya HHQ-nin hərbçisi yoldaşlarına atəş açıb, 4 nəfər ölüb

Malayziyanın Saravak əyalətində Krallığın Hərbi Hava Qüvvələrinə məxsus şəxsi heyət üzvünün yoldaşlarına atəş açması nəticəsində 4 nəfər ölüb.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə Saravak əyaləti polis idarəsinn rəisi Aidi İsmail bildirib.

Onun sözlərinə görə, hadisə avqustun 13-də yerli vaxtla səhər saatlarında əyalətin Samarahan şəhərində baş verib.

Aidi bildirib ki, atəş açan heyət üzvü sonradan həmin silahla intihar edib.

Onun yoldaşları ilə probleminin olmadığı bildirilir. Polis hadisənin səbəbini araşdırır.

Son xəbərlər

Orphus sistemi