Makron Yunanıstan və Bolqarıstana dəstək verdi

Makron Yunanıstan və Bolqarıstana dəstək verdi Fransa Prezidenti Emmanuel Makron Türkiyə sərhədində yaşanan miqrant böhranına görə Yunanıstan və Bolqarıstan ilə həmrəy olduğunu bildirib.
Digər ölkələr
2 Mart , 2020 10:20
Makron Yunanıstan və Bolqarıstana dəstək verdi

Fransa Prezidenti Emmanuel Makron Türkiyə sərhədində yaşanan miqrant böhranına görə Yunanıstan və Bolqarıstan ilə həmrəy olduğunu bildirib.

“Report” xəbər verir ki, bu barədə ölkə başçısı “Twitter” səhifəsində yazıb.

“Fransa Avropa ölkələrinin yardımı ilə Yunanıstan və Bolqarıstanın sərhədinin müdafiəsinə dəstək olmağa hazırdır. Biz humanitar və miqrant böhranından qaçınmaq üçün birlikdə çalışmalıyıq”, - E.Makron deyib.

Xatırladaq ki, fevralın 27-dən 28-ə keçən gecə İdlib bölgəsində 36 hərbçisinin həlak olması fonunda Türkiyə suriyalı qaçqınların Avropa İttifaqına yolunu açıb

Son xəbərlər

Orphus sistemi