Fransa Prezidenti Emmanuel Makron və Almaniyanın kansleri Olaf Şolts arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, bu, E.Makronun yenidən prezident seçildikdən sonra ilk telefon danışığıdır. Almaniya kansleri onu prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.
Qeyd edək ki, bu gün Fransada keçirilən prezident seçkilərinin ikinci turunda hazırkı dövlət başçısı Emmanuel Makron opponenti sağçı Marin Le Peni üstələyərək növbəti dəfə prezident seçilib.