Makron və Le Pen debatın uzunmüddətliliyinə görə rekord qırıblar

Makron və Le Pen debatın uzunmüddətliliyinə görə rekord qırıblar Fransada ikinci müddətə namizədliyini irəli sürən Prezident Emmanuel Makron və onun rəqibi Marin Le Penin iştirakı ilə keçirilən prezident seçkilərinin ikinci turu öncəsi debat 2 saat 50 dəqiqə davam edib. Beləliklə, onlar formatın 10 il əvvəl qeydə alınm
Digər ölkələr
21 Aprel , 2022 03:56
Makron və Le Pen debatın uzunmüddətliliyinə görə rekord qırıblar

Fransada ikinci müddətə namizədliyini irəli sürən Prezident Emmanuel Makron və onun rəqibi Marin Le Penin iştirakı ilə keçirilən prezident seçkilərinin ikinci turu öncəsi debat 2 saat 50 dəqiqə davam edib. Beləliklə, onlar formatın 10 il əvvəl qeydə alınmış rekordunu təkrarlayıblar.

“Report” Fransa KİV-ə istinadən xəbər verir ki, budəfəki görüş zamanı namizədlər Fransanın sosial-iqtisadi siyasətindən tutmuş Rusiya ilə münasibətlərə qədər geniş spektrli məsələləri müzakirə ediblər.

Jurnalist Alain Duhamel tərəfindən yaradılan formatın tarixi 50 ilə yaxındır. Eyni müddətdə əvvəlki debat 2012-ci ildə baş tutub. Tədbirin iştirakçıları ikinci müddətə namizədliyi irəli sürmüş Nikola Sarkozi və onun rəqibi, sosialistlərdən namizəd Fransua Olland olub.

Bundan başqa, “Elabe”ın SFR ilə birgə keçirdiyi sorğusuna əsasən, izləyicilərin 59 %-nin səsi ilə E.Makron debatda ən inandırıcı şəxs seçilib. Tamaşaçıların 39 %-i Le Peni daha inandırıcı hesab edib. İzləyicilərin 2 %-i isə öz mövqeyini şərh etməyib.

Qeyd edək ki, ikinci tur ərəfəsində namizədlərin müzakirəsi məcburi xarakter daşımasa da, artıq Fransanın siyasi ənənəsinə çevrilib.

Xatırladaq ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 10-da keçirilib. Daxili İşlər Nazirliyinin yekun məlumatına görə, E.Makron 27,84 %, M.Le Pen 23,15% səs toplayıb. İkinci tur aprelin 24-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi