Makron: "Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini dəstəkləyirik"

Makron: "Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini dəstəkləyirik" Fransa, Almaniya, Rumıniya və İtaliya Ukraynaya Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd statusunun verilməsini dəstəkləyir.
Digər ölkələr
16 İyun , 2022 20:22
Makron: Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini dəstəkləyirik

Fransa, Almaniya, Rumıniya və İtaliya Ukraynaya Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd statusunun verilməsini dəstəkləyir.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Ukrayna Prezidenti Volodimir Zelenski, İtaliyanın Baş naziri Mario Draqi, Rumıniya Prezidenti Klaus İohannis və Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə keçirilən birgə brifinqdə deyib.

“Biz Ukraynanın Avropa ailəsinin bir hissəsi olduğunu təsdiqləmək istəyirik”, - Makron bildirib.

Onun sözlərinə görə, iyunun 23-24-də Avropa Şurası Ukraynanın statusu ilə bağlı qərar verəcək.

Makron əlavə edib ki, Aİ-yə üzvlük prosesi bir qədər vaxt aparacaq, lakin bu gün konkret fəaliyyətə ehtiyac var.

Son xəbərlər

Orphus sistemi