Makron: "Rusiyaya münasibətdə dünya parçalanmamalıdır“

Makron: "Rusiyaya münasibətdə dünya parçalanmamalıdır“ “Rusiyanın “Sarmat” qitələrarası ballistik raketini sınaqdan keçirməsi Ukrayna ilə müharibədə gərginliyin artmasına səbəb ola bilər”.
Digər ölkələr
22 Aprel , 2022 11:25
Makron: Rusiyaya münasibətdə dünya parçalanmamalıdır“
Emmanuel Makron

“Rusiyanın “Sarmat” qitələrarası ballistik raketini sınaqdan keçirməsi Ukrayna ilə müharibədə gərginliyin artmasına səbəb ola bilər”.

“Report” “dw”yə istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib.

“Risk çox yüksəkdir. Çərşənbə günü (21 aprel) Rusiyanın qitələrarası ballistik raketini (“Sarmat”) sınaqdan çıxarması narahatlıq doğurur. Rusiyanın törətdiyi hərbi cinayətlər, Donbas və Mariupoldakı döyüşlər, fevralın sonundan nüvə silahının tətbiqi ilə bağlı təxribatlar tamamilə açıq şəkildə deməyə əsas verir ki, Rusiya gərginliyi artırmağa cəhd göstərir”, - dövlət başçısı vurğulayıb.

Onun sözlərinə görə, Rusiyaya münasibətdə dünyada parçalanma olmamalıdır: “Avropa İttifaqının sanksiyaları və siyasi təzyiqinin Körfəz ölkələri, Hindistan və Çin tərəfindən dəstəklənməsi üçün danışıqlar aparılmalıdır. Elə görünməməlidir ki, ABŞ və Avropa Rusiyaya cavab verən, dünyanın qalan hissəsi isə bu şəraitdə asan yolla gedəndir. Fransa, Almaniya və İtaliya bu prosesdə vasitəçi rolunu oynamalıdır”.

Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından məyus olduğunu bildirərək Kremllə təmasları tamamilə kəsməyin əleyhinə olduğunu da söyləyib.

Son xəbərlər

Orphus sistemi