Bakı. 18 yanvar. REPORT.AZ/ Fransa prezidenti Emmanuel Makron Tuluzada hərbi bazaya baş çəkən zaman paraşütlə tullanmağa söz verib.
Bu barədə "Report" yerli
Bildirilir ki, prezident onun şərəfinə nümunə paraşüt tullanmalarını yerinə yetirmiş 11-ci briqadanın döyüşçüləri ilə ünsiyyət zamanı ruhlanıb.
Briqadanın komandiri zarafatla bildirib ki, onun tabeliyində olanlar prezident və baş nazirin paraşütlə necə tullanmasını görmək istəyirlər. "Mən bunu edəcəyəm, söz verirəm", - deyə Makron ona cavab cavab verib.
Beşinci respublikanın başçısı həmçinin hərbçilərdən onların əhval-ruhiyyəsi, xidmətin maddi şəraiti, həmçinin mümkün problemlər barədə soruşub.
Bundan əvvəl məlum olub ki, Fransa Prezidenti Emmanuel Makron sıx qrafik səbəbindən Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməyəcək.