Makron G7 ölkələrini Amazonda baş verən yanğınları müzakirə etməyə çağırıb

Makron G7 ölkələrini Amazonda baş verən yanğınları müzakirə etməyə çağırıb Fransa prezidenti Emmanuel Makron Amazon meşələrindəki yanğınlarla bağlı narahatçılığını ifadə edib və Böyük yeddilik ölkələrini bu problemi qarşıda keçiriləcək sammit zamanı müzakirə etməyə çağırıb.
Digər ölkələr
22 Avqust , 2019 23:59
Makron G7 ölkələrini Amazonda baş verən yanğınları müzakirə etməyə çağırıb

Fransa prezidenti Emmanuel Makron Amazon meşələrindəki yanğınlarla bağlı narahatçılığını ifadə edib və "Böyük yeddilik" ölkələrini bu problemi qarşıda keçiriləcək sammit zamanı müzakirə etməyə çağırıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o bu barədə öz "Twitter" mikrobloqunda yazıb.

"Sözün hərfi mənasında bizim evimiz yanır. Amazoniya - planetimizin 20% oksigen istehsal edən ağciyərləri, yanır. Bu beynəlxalq bir böhrandır. G7 üzvləri, bu təcili vəziyyət haqqında danışmaq üçün iki gündən sonra bir araya gələk", - deyə o bildirib.

Amazoniya meşələrində güclü yanğınlar artıq 3 həftədir ki, davam edir.

G7 sammiti 24-26 avqust tarixlərində Fransanın Biarrits şəhərində keçiriləcək.

Orphus sistemi