Makron Fransanın hərbi bazalarının olduğu Afrika ölkələri üçün xüsusi nümayəndə təyin edib

Makron Fransanın hərbi bazalarının olduğu Afrika ölkələri üçün xüsusi nümayəndə təyin edib Fransa Prezidenti Emmanuel Makron keçmiş dövlət katibi Jan-Mari Bokeli Cibuti istisna olmaqla, Fransanın hələ də hərbi bazalarının olduğu Afrika ölkələri üzrə xüsusi nümayəndəsi təyin edib.
Digər ölkələr
6 fevral 2024 08:54
Makron Fransanın hərbi bazalarının olduğu Afrika ölkələri üçün xüsusi nümayəndə təyin edib

Fransa Prezidenti Emmanuel Makron keçmiş dövlət katibi Jan-Mari Bokeli Cibuti istisna olmaqla, Fransanın hələ də hərbi bazalarının olduğu Afrika ölkələri üzrə xüsusi nümayəndəsi təyin edib.

“Report” xəbər verir ki, bu barədə RFI radiosu məlumat yayıb.

Bildirilib ki, Bokelə Afrikadakı Fransa bazalarının statusunu, formatını və vəzifələrini dəyişdirmək tapşırılıb. Bu, E.Makronun Parisin qitədəki hərbi strategiyasını dəyişdirmək üçün əvvəllər elan etdiyi kursla bağlıdır.

Qeyd edilib ki, Fransa Çad, Kot-d'İvuar, Seneqal və Qabon üçün hərbi dəstəyi saxlamaq niyyətindədir. Lakin bu, “yeni prinsiplər” əsasında həyata keçiriləcək. Yalnız Cibutidə ABŞ və Çin bazalarının yaxınlığında yerləşən Fransa hərbi bazasının əvvəlki iş formatı saxlanılacaq.

Son xəbərlər

Orphus sistemi