Makron Fransa və Türkiyənin NATO-nun birliyinə sadiq olduqlarını bildirib

Makron Fransa və Türkiyənin NATO-nun birliyinə sadiq olduqlarını bildirib Fransa Prezidenti Emmanuel Makron ölkəsinin və Türkiyənin NATO-nun birliyinə, eləcə də gücünə sadiq olduqlarını bildirib.
Digər ölkələr
30 İyun , 2022 07:08
Makron Fransa və Türkiyənin NATO-nun birliyinə sadiq olduqlarını bildirib

Fransa Prezidenti Emmanuel Makron ölkəsinin və Türkiyənin NATO-nun birliyinə, eləcə də gücünə sadiq olduqlarını bildirib.

“Report” xəbər verir ki, dövlət başçısı bu barədə tviter hesabında yazıb.

Makron Ukraynadakı müharibə ilə əlaqədar Fransa və Türkiyənin NATO-nun birliyinə, gücünə hər zamankindən daha çox sadiqliklərini önə çəkib.

Dövlət başçısı bildirib ki, iki ölkə Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracını təmin etmək üçün səylərini davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi