Makron etirazçılara səslənib: "Sonda ədalət qalib gələcək"

Makron etirazçılara səslənib: "Sonda ədalət qalib gələcək" Bakı. 6 yanvar. REPORT.AZ/ Fransa prezidenti Emmanuel Makron ölkədə keçirilən Sarı jiletlilər hərəkatının etiraz aksiyaları zamanı zorakılıq hallarını pisləyib və tərəfləri dialoqa çağırıb.
Digər ölkələr
6 Yanvar , 2019 09:57
Makron etirazçılara səslənib: Sonda ədalət qalib gələcək

Bakı. 6 yanvar. REPORT.AZ/ Fransa prezidenti Emmanuel Makron ölkədə keçirilən "Sarı jiletlilər" hərəkatının etiraz aksiyaları zamanı zorakılıq hallarını pisləyib və tərəfləri dialoqa çağırıb.

“Report” xəbər verir ki, o bu barədə "Twitter"də yazıb.

"Yenə respublikaya — onun keşikçisinə, nümayəndələrinə və rəmzlərinə qarşı son dərəcə amansızlıq üz verib. Bunu edənlər mülki müqaviləmizin mahiyyətini unudurlar. Sonda ədalət qalib gələcək", - deyə Fransa lideri bildirib.

Onun sözlərinə görə, etiraz tədbirlərinin hər bir iştirakçısı dialoqa başlamaq üçün özünü ələ almalıdır.

Son xəbərlər

Orphus sistemi