Makron Əfqanıstan və Misirdəki terror aktları ilə bağlı başsağlığı verib

Makron Əfqanıstan və Misirdəki terror aktları ilə bağlı başsağlığı verib Bakı. 30 dekabr. REPORT.AZ/ Fransa prezidenti Emmanuel Makron Əfqanıstanın paytaxtı Kabildə və Misirdə - Qahirə ətrafındakı törədilmiş terror aktları ilə bağlı başsağlığı verib.
Digər ölkələr
30 Dekabr , 2017 05:06

Bakı. 30 dekabr. REPORT.AZ/ Fransa prezidenti Emmanuel Makron Əfqanıstanın paytaxtı Kabildə və Misirdə - Qahirə ətrafındakı törədilmiş terror aktları ilə bağlı başsağlığı verib.

"Report" xəbər verir ki, Fransanın dövlət başçısı bununla bağlı özünün "Twitter"ində yazıb.

"Bütün fikirlər indi Qahirədə və Kabulda terror hücumlarının qurbanları haqqındadır. Fransa yorulmadan din azadlığını dəstəkləyəcək", - deyə o yazıb.

Dekabrın 29-da Qahirə ətrafındakı şəhərdə baş vermiş atışmada azı 10 nəfərin öldürüldüyü xəbər verilib. Polis əməkdaşları sonra atəş açan şəxsi zərərsizləşdiriblər.

Dekabrın 28-də isə məlum olub ki, Kabildəki terror aktında 40 nəfər həlak olub. İŞİD terror qruplaşması Əfqanıstanın paytaxtındakı terror aktına görə məsuliyyəti üzərinə götürüb. 

Son xəbərlər

Orphus sistemi