Makron başağrısından və yorğunluqdan şikayət etdi

Makron başağrısından və yorğunluqdan şikayət etdi Koronavirusa yoluxmuş Fransa prezidenti Emmanuel Makron özünü yaxşı hiss etdiyini, ancaq yorğunluq və başağrısının olduğunu deyib.
Digər ölkələr
18 Dekabr , 2020 23:58
Makron başağrısından və yorğunluqdan şikayət etdi
Emmanuel Makron

Koronavirusa yoluxmuş Fransa prezidenti Emmanuel Makron özünü yaxşı hiss etdiyini, ancaq yorğunluq və başağrısının olduğunu deyib.

“Report” xəbər verir ki, Fransa rəhbəri bu barədə özünün sosial şəbəkədəki hesabında bildirib.

"Sizi sakitləşdirmək istəyirəm, məndə hər şey yaxşıdır. Məndə dünən mövcud olan əlamətlər, yəni yorğunluq və baş ağrısı var. Sizə bu xəstəlik müddətində hesabat verəcəyəm", - Makron tvitterdəki səhifəsində yerləşdirdiyi videoda deyib.

Bundan başqa, o hamıya dəstəyə və həmrəyliyə görə təşəkkür edib.

Qeyd edək ki, ötən gün Emmanuel Makronun koronavirusla bağlı testi müsbət çıxıb. Bu barədə Yelisey Sarayı məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi