Makron: “Aİ-nin yeni ölkələrin təşkilata qəbulunu sürətləndirmək imkanı yoxdur”

Makron: “Aİ-nin yeni ölkələrin təşkilata qəbulunu sürətləndirmək imkanı yoxdur” “Moldovanın və digər ölkələrin Avrop İttifaqına qəbulundan əvvəl Avropanın siyasi təşkilatı yenidən nəzərdən keçirilməlidir”.
Digər ölkələr
12 Mart , 2022 02:02
Makron: “Aİ-nin yeni ölkələrin təşkilata qəbulunu sürətləndirmək imkanı yoxdur”
Emmanuel Makron

“Moldovanın və digər ölkələrin Avrop İttifaqına qəbulundan əvvəl Avropanın siyasi təşkilatı yenidən nəzərdən keçirilməlidir”.

“Report” “TASS”a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Cavab xeyrdir”, - deyə Makron Moldovanın, Qərbi Balkan ölkələrinin, eləcə də birliyə qoşulmaq istəklərini bəyan edən Ukraynanın hazırkı şəraitində Aİ-yə sürətləndirilmiş qəbulun mümkünlüyü barədə bildirib.

“Biz qarşıdakı aylarda bugünkü Avropamızın nə olduğunu dərindən yenidən düşünməliyik. Daha geniş Avropanı necə təşkil etdiyimizi düşünməliyik”, - deyə Makrob əlavə edib.

Eyni zamanda, Fransa lideri Aİ-yə üzv olmaq iddiasında olan ölkələr arasında Moldovanı “Dnestryanı problemi, xarici qüvvələrin təsiri, Rusiya qazından asılılığı və qaçqın axını olan kövrək ölkə” adlandırıb.

Son xəbərlər

Orphus sistemi