Makron: Aİ-dən sazişsiz çıxacaqları təqdirdə ilk itirən britaniyalılar olacaq

Makron: Aİ-dən sazişsiz çıxacaqları təqdirdə ilk itirən britaniyalılar olacaq Bakı. 16 yanvar. REPORT.AZ/ Böyük Britaniya Avropa İttifaqından (Aİ) sazişsiz (no deal) çıxacağı təqdirdə ilk uduzan Krallıq sakinləri olacaq.
Digər ölkələr
16 Yanvar , 2019 02:56
Makron: Aİ-dən sazişsiz çıxacaqları təqdirdə ilk itirən britaniyalılar olacaq

Bakı. 16 yanvar. REPORT.AZ/ Böyük Britaniya Avropa İttifaqından (Aİ) sazişsiz (no deal) çıxacağı təqdirdə ilk uduzan Krallıq sakinləri olacaq.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu çərşənbə axşamı Fransa prezidenti Emmanuel Makron Britaniya parlamentində səsvermənin nəticələrini şərh edərkən deyib.

Fransa prezidenti səsvermənin nəticələrindən "sarı jiletlilər"in çıxışları nəticəsində ölkədə yaranan sosial böhranın tənzimlənməsi məqsədi ilə Normandiya merləri ilə keçirdiyi görüş zamanı xəbər tutub:

"Beləliklə, səsvermənin nəticəsi mənfidir, bunu real vaxt rejimində bildim. Sizə hadisələri necə gördüyümü deyim. Birinci variant - no deal, saziş olmayacaq. Bu hamını qorxudur, lakin ilk uduzan britaniyalılar olacaq".

Prezidentin fikrincə, ikinci ehtimala görə, britaniyalılar avropalılardan ala biləcəklərini yaxşılaşdırmağa qərar verəcəklər və yenidən səsverməyə qayıdacaqlar.

Makron qeyd edib ki, britaniyalılar buna ikinci variantdan başlayacaqlar və hansısa aspektlərin təkrar müzakirəsi üçün vaxtı artırmaqdan ibarət olan üçüncü variantda başa çatdıracaqlar.

"Ola bilsin ki, bu, nə qədərsə vaxt aparsın və nəsə tapmaq üçün hətta Avropa seçkiləri dövrünü də əhatə etsin", - deyə Fransa prezidenti bildirib.

Son xəbərlər

Orphus sistemi