Makron ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarı ilə razılaşmayıb

Makron ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarı ilə razılaşmayıb Bakı. 14 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanımasından əvvəl Fransa prezidenti Emmanuel Makrona bu qərarın qəbul edilməsinə rəhbərlik etməsindən danışıb.
Digər ölkələr
14 Dekabr , 2017 08:06
Makron ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarı ilə razılaşmayıb

Bakı. 14 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanımasından əvvəl Fransa prezidenti Emmanuel Makrona bu qərarın qəbul edilməsinə rəhbərlik etməsindən danışıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə E.Makron bildirib. 

Fransa liderinin sözlərinə görə, Tramp beləliklə, "bütün sistemin dəyişməsi üçün yeni təkan yaratmaq istəyib. Bir halda ki, o, əvvəlki danışıqların onilliklərlə dayandığını və bloklandığını hesab edir.

Makron əlavə edib ki, ABŞ prezidenti güclü reaksiyaya səbəb olmuş bu elanla "impuls yaratmaq istəyib". Fransa prezidentinin sözlərinə görə, o, Trampa bu qərarın düzgün olmadığını göstərib.

Son xəbərlər

Orphus sistemi