Makron ABŞ-ın vitse-prezidentilə Moldovaya dəstəyini müzakirə edib

Makron ABŞ-ın vitse-prezidentilə Moldovaya dəstəyini müzakirə edib Fransa Prezidenti Emmanuel Makron və ABŞ-ın vitse-prezidenti Kamala Harris Ukraynadakı vəziyyəti müzakirə edib, həmçinin bu hadisələr fonunda Moldovaya gələcək dəstəyin zəruriliyini təsdiqləyiblər.
Digər ölkələr
21 May , 2022 02:05
Makron ABŞ-ın vitse-prezidentilə Moldovaya dəstəyini müzakirə edib

Fransa Prezidenti Emmanuel Makron və ABŞ-ın vitse-prezidenti Kamala Harris Ukraynadakı vəziyyəti müzakirə edib, həmçinin bu hadisələr fonunda Moldovaya gələcək dəstəyin zəruriliyini təsdiqləyiblər.

“Report” xəbər verir ki, bu barədə Yelisey sarayının mətbuat xidməti məlumat yayıb.

“Onlar ukraynalı qaçqınların qəbulunda əlamətdar həmrəylik nümayiş etdirən Moldovaya dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıblar”, - kommünikedə deyilir.

Fransa lideri və ABŞ-ın vitse-prezidenti müttəfiqlərin birliyini və onların Ukraynaya hərbi, maliyyə və humanitar dəstək göstərmək üzrə hərəkətlərini alqışlayıblar. Bununla belə, onlar bu münaqişənin qlobal ərzaq təhlükəsizliyinə təhdid yaratdığı fikrini bildiriblər.

Bununla əlaqədar olaraq, həmsöhbətlər qlobal kənd təsərrüfatı bazarlarında gərginliyi azaltmaq, ən həssas təbəqələrə kömək etmək və yerli istehsala dəstəyi artırmaq üçün nəzərdə tutulmuş Avropa Ərzaq və Kənd Təsərrüfatı Dayanıqlılıq Missiyası (FARM) təşəbbüsünün həyata keçirilməsi üçün addımları müzakirə ediblər.

“Onlar həmçinin Finlandiya və İsveçin NATO-ya üzvlük üçün müraciət etmək üçün suveren seçimini alqışlayıblar. Onlar vurğulayıblar ki, iki ölkə etibarlı müdafiə qabiliyyətinə malik yaxın tərəfdaşdır və beləliklə, Avro-Atlantik regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcək”, - bəyanatda deyilir.

Son xəbərlər

Orphus sistemi