​Makkeyn: “ABŞ prezidenti Səudiyyə Ərəbistan hökumətinə təşəkkür etməlidir”

​Makkeyn: “ABŞ prezidenti Səudiyyə Ərəbistan hökumətinə təşəkkür etməlidir” Neftin qiyməti düşməyə başlamamışdan əvvəl sanksiyalar heç bir təsir göstərmirdilər
Digər ölkələr
22 Dekabr , 2014 06:35
​Makkeyn: “ABŞ prezidenti Səudiyyə Ərəbistan hökumətinə təşəkkür etməlidir”

Bakı. 22 dekabr. REPORT.AZ/ "ABŞ prezidentinin Rusiyada baş verən hadisələrlə heç bir əlaqəsi yoxdur" – bu sözləri amerikalı senator Con Makkeyn iqtisadi baxımdan çətin günlər yaşayan Rusiya haqqında açıqlama verərkən deyib. O, bəyan edib ki, Rusiya iqtisadiyyatına mənfi təsir edən amil ABŞ-ın sanksiyaları deyil, məhz dünya bazarında neftin qiymətinin aşağı düşməsidir.

"Report" xəbər verir ki , Makkeynin sozlərinə görə , neftin qiyməti düşməyə başlamamışdan əvvəl sanksiyalar heç bir təsir göstərmirdilər. Onun sözlərinə əsasən, ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistan hökumətinə təşəkkür etməlidir. Makkeyn düşünür ki, məhz ərəblərin neft qiymətlərini aşağı endirməsi Rusiya iqtisadiyyatına güclü mənfi təsir göstərib.

Son xəbərlər

Orphus sistemi