Bakı. 24 fevral. REPORT.AZ/ Bu il iyunun 5-də Makedoniyada növbədənkənar parlament seçkiləri keçiriləcək.
"Report" xəbər verir ki, bu haqda Makedonya İnformasiya agentliyi məlumat yayıb.
Fevralın 24-də parlamentdə 73 deputat bu qərarın lehinə səs verib.
İndiki parlament aprelin 7-də buraxılacaq.