​Makedoniya polisinin güc tətbiq etməsi nəticəsində 300-ə yaxın qaçqın xəsarət alıb

​Makedoniya polisinin güc tətbiq etməsi nəticəsində 300-ə yaxın qaçqın xəsarət alıb İki yüz altmışdan çox insan yaralanıb
Digər ölkələr
11 Aprel , 2016 00:30
​Makedoniya polisinin güc tətbiq etməsi nəticəsində 300-ə yaxın qaçqın xəsarət alıb

Bakı. 11 aprel. REPORT.AZ/ Makedoniya polisinin Yunanıstanın-Makedoniya sərhədindəki qaçqınlar düşərgəsindəki toqquşmalar zamanı miqrantlara gözyaşardıcı qaz və rezin güllələr tətbiq etməsi nəticəsində yüzlərlə insan xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə "Sərhədsiz həkimlər" təşkilatının nümayəndəsi "Frans Press" agentliyinə xəbər verib.

Onun sözlərinə görə, Yunanıstan-Makedoniya sərhədində toplaşan və sərhəd xəttindəki hasarı aşmağa çalışan qaçqınlara qarşı Makedoniya polisinin güc tətbiq etməsi nəticəsində İdomenidə 260-dan çox insan yaralanıb.

"300-ə yaxın qaçqın müxtəlif cür bədən xəsarətləri alıb. Onlardan 200 nəfəri bizim tibb məntəqəmizə tənəffüs sisteminin, nəfəs borusunun zədələnməsi ilə müraciət ediblər. 30 nəfər plastik güllələrdən zədə almaları, daha 30 nəfər isə digər xəsarətlərlə bağlı bizə müraciət edib" - deyə "Sərhədsiz həkimlər"in nümayəndəsi Axilles Tsemos bildirib.

Son xəbərlər

Orphus sistemi