Makedoniya parlamentinin deputatları binadan təxliyə olunur

Makedoniya parlamentinin deputatları binadan təxliyə olunur Etirazçıların dağıdılması üçün səs qumbaraları tətbiq edilib
Digər ölkələr
28 Aprel , 2017 01:20
Makedoniya parlamentinin deputatları binadan təxliyə olunur

Bakı. 28 aprel. REPORT.AZ/ Makedoniya Daxili İşlər Nazirliyinin xüsusi bölməsinin əməkdaşları etirazçıların parlament binasına daxil olmasından sonra deputatları oradan təxliyə etməyə başlayıblar.

"Report" xəbər verir ki, bu barədə mkd.mk yerli informasiya portalı məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları etiraz edən vətəndaş kütləsinin dağıdılması üçün bir neçə səs qumbarası tətbiq ediblər.

Ölkənin xüsusi təyinatlı qüvvələri parlamentə girişi bağlamağa çalışırlar. Qanunverici orqanın binasına zərər çəkən deputatlara yardım göstərmək üçün həkimlər gəlməkdədirlər. KİV-in məlumatına görə, xəsarət alan deputatlar arasında Makedoniyanın müxalifyönlü Sosial-Demokratik İttifaqının lideri Zoran Zayev, onun müavini Radmila Şekerinskaya, partiyanın mətbuat katibi Pyotr Şileqov, partiyanın funksionerləri Qoran Misovski, Damyan Mançevski, "Albanların alyansı" koalisiya partiyasının sədri Ziyədin Sela var.

Son xəbərlər

Orphus sistemi