Makedoniya ordusu Yunanıstanla sərhəddə sədd qurur

Makedoniya ordusu Yunanıstanla sərhəddə sədd qurur Bununla belə hökumət Qərbi mühacirlərin qarşısını almaq planları olmadığını bildirib
Digər ölkələr
29 Noyabr , 2015 09:17
Makedoniya ordusu Yunanıstanla sərhəddə sədd qurur

Bakı. 29 noyabr. REPORT.AZ/ Makedoniya ordusunun əsgələri ölkənin cənubda Yunanıstanla sərhəddində metal dirəklərdən hasar çəkməyə başlayıb, lakin hökumət Qərbi Avropa ölkələrinə qaçan mühacirlərin qarşısını almaq planları olmadığını bildirib.

"Report" "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, makedoniyalı hərbçilər Macarıstan sərhədində bu il Balkan ölkələrinə qaçan yüz minlərlə qaçqını qarşısını kəsmək üçün qurulan sədlərə bənzər metal dirəklər yerləşidirib.

Suriyalılar, əfqanlar və iraqlılar qayıqlarla Türkiyədən Yunanıstana gəlgikdən sonra Balkan ölkələrinə üz tutur.

Lakin son iki həftə ərzində Makedoniya da daxil olmaqla, qaçqınların marşrutu üzərindəki ölkələr başqa ölkələrdən gələn miqrantları geri qaytarmağa başlayıb. Bu, Makedoniya ilə Yunanıstan arasında sərhəddə çox sayda insanın toplaşması və İran, Pakistan, Mərakeş və başqa ölkələrdən miqrantların günlərdir sürən etirazları ilə nəticələnib.

Son xəbərlər

Orphus sistemi