Mahmud Abbas və Roma Papası Vatikanda Fələstin səfirliyinin açılmasını müzakirə ediblər

Mahmud Abbas və Roma Papası Vatikanda Fələstin səfirliyinin açılmasını müzakirə ediblər Roma Papası Fransisk Vatikanda Fələstin prezidenti Mahmud Abbası qəbul edib
Digər ölkələr
14 Yanvar , 2017 16:44
Mahmud Abbas və Roma Papası Vatikanda Fələstin səfirliyinin açılmasını müzakirə ediblər

Bakı. 14 yanvar. REPORT.AZ/ Roma Papası Fransisk Vatikanda Fələstin prezidenti Mahmud Abbası qəbul edib.

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, pontifik və M.Abbasın söhbəti 23 dəqiqə davam edib, tərəflər bir-birinə hədiyyələr təqdim ediblər. 

Söhbətin əsas mövzusu Vatikanda Fələstin səfirliyinin açılması məsələsi olub. Fələstin dövlət başçısı rəsmi açılışda iştirak etmək üçün gəlib. 

"Bu, Papanın Fələstin xalqını və sülhü sevdiyinin əlamətidir", - Mahmud Abbas Roma Papası ilə görüşdən sonra bildirib. 

Son xəbərlər

Orphus sistemi