Mahmud Abbas Fələstinin yeni Baş nazirini təyin edib

Mahmud Abbas Fələstinin yeni Baş nazirini təyin edib Fələstin Prezidenti Mahmud Abbas ölkənin yeni Baş naziri vəzifəsinə Məhəmməd Mustafanı təyin edib.
Digər ölkələr
14 mart 2024 19:29
Mahmud Abbas Fələstinin yeni Baş nazirini təyin edib

Fələstin Prezidenti Mahmud Abbas ölkənin yeni Baş naziri vəzifəsinə Məhəmməd Mustafanı təyin edib.

"Report" bu barədə TRT-yə istinadən xəbər verir.

Bundan əvvəl Məhəmməd Mustafa Fələstin İnvestisiya Fondunun rəhbəri olub.

Mahmud Abbas yeni baş naziri Fələstin xalqının maraqlarını qorumağa çağırıb.

Qeyd edək ki, fevralın 26-da Fələstinin keçmiş baş naziri Məhəmməd Ştayye hökumətinin istefa verdiyini elan edib.

Son xəbərlər

Orphus sistemi