Mahmud Abbas əməliyyat olunduqdan sonra yenidən xəstəxanaya yerləşdirilib

Mahmud Abbas əməliyyat olunduqdan sonra yenidən xəstəxanaya yerləşdirilib Bakı. 20 may. REPORT.AZ/ Fələstin prezidenti Mahmud Abbas qulağında əməliyyat olunduqdan sonra yenidən xəstəxanaya yerləşdirilib.
Digər ölkələr
20 May , 2018 22:12
Mahmud Abbas əməliyyat olunduqdan sonra yenidən xəstəxanaya yerləşdirilib

Bakı. 20 may. REPORT.AZ/ Fələstin prezidenti Mahmud Abbas qulağında əməliyyat olunduqdan sonra yenidən xəstəxanaya yerləşdirilib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatının baş katibi Saib Oreykat bildirib.

O, qeyd edib ki, əməliyyatdan sonra 83 yaşlı Mahmud Abbasın səhhəti ağırlaşıb. Saib Oreykatın sözlərinə görə, M.Abbas sabah ya da birisi gün xəstəxananı tərk edəcək.

"Mən onunla idim. Biz söhbət etdik, zarafatlaşdıq. Prezidentin vəziyyəti əladır. Düşünürəm ki, o, xəstəxanada sabaha, yaxud birisi günə kimi qalacaq", - deyə o bildirib.

Saib Oreykat M. Abbasın xəstəxanaya yerləşdirilməsini əməliyyatdan sonrakı soyuqdəymə ilə əlaqələndirib. Fələstin prezidenti bu yaxınlarda əməliyyat olunub. 

Son xəbərlər

Orphus sistemi