Mahmud Abbas 2017-ci ili "İsrail işğalının sona çatması ili" elan etməyə çağırıb

Mahmud Abbas 2017-ci ili "İsrail işğalının sona çatması ili" elan etməyə çağırıb O, Fələstin xalqına qarşı ədalətsizliyə son qoymağa çağırıb
Digər ölkələr
23 Sentyabr , 2016 02:40
Mahmud Abbas 2017-ci ili İsrail işğalının sona çatması ili elan etməyə çağırıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Fələstin prezidenti Mahmud Abbas 2017-ci ilin "İsrail işğalının sonu beynəlxalq ili" elan olunmasını təklif edib.

"Report" xəbər verir ki, o bunu BMT Baş Assambleyasının ümumsiyasi müzakirələrində çıxışı zamanı bildirib.

Prezident Fələstin xalqına qarşı ədalətsizliyə son qoymağa və ona sülh və stabilliyin möhkəmləndirilməsi üçün şərait yaratmağa çağırıb.

"Bu gün İsraildə çətin ki, həqiqi sülhə nail olmağa can atan, öz hegemonluq, ekspansionizm və müstəmləkəçilik iddialarından imtina etməyə hazır olan, "Fələstin xalqının hüquqlarını tanıyan və fələstinlilərə qarşı tarixi ədalətsizliyə son qoya bilən" liderlər tapılsın", - deyə o bildirib.

Mahmud Abbas Fələstin ərazilərində İsrail məskənlərinin genişləndirilməsinə qadağa qoymağa çağırıb. Onun sözlərinə görə, Fələstin Təhlükəsizlik Şurasında belə qəsəbələrin salınmasını qadağan edən qətnamənin qəbuluna nail olmağa çalışacaq.

O, həmçinin Fələstin nümayəndə heyətinə gündəliyə qətnamə layihələri daxil etmək və onların həmmüəllifi kimi çıxış etmək imkanı verən sənəd qəbul etməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi