Maduro Venesuelada yeni hərbi təlimlərin başlandığını bildirib

Maduro Venesuelada yeni hərbi təlimlərin başlandığını bildirib Venesuela prezidenti Nikolas Maduro ölkədə yeni hərbi təlimlərin başlandığını elan edib.
Digər ölkələr
16 Mart , 2019 21:36
Maduro Venesuelada yeni hərbi təlimlərin başlandığını bildirib

Venesuela prezidenti Nikolas Maduro ölkədə yeni hərbi təlimlərin başlandığını elan edib.

"Report" xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.

Prezident qeyd edib ki, kompleks hərbi təlimlər ölkənin strateji xidmətlərini qorumaq üçün keçirilir. "Biz Vətənin düşmənlərinə qəhrəman Venesuela xalqının dincliyini oğurlamağa imkan verməyəcəyik", - deyə Maduro "Twitter" səhifəsində yazıb.

Təlimlərin hədəfi milli elektrik sistemlərinin və Venesuelada bir neçə gün davam edən "blekaut" fonunda su təchizatının müdafiəsidir.  

Daha əvvəl Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın onun ölkəsinə "enerji müharibəsi" elan etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi