Maduro Venesuelada 50 min könüllü xalq dəstələri yaradır

Maduro Venesuelada 50 min könüllü xalq dəstələri yaradır Bakı. 30 yanvar. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro bildirib ki, respublika ərazisində könüllülərdən ibarət 50 min xalq dəstələri yaradılacaq.
Digər ölkələr
30 yanvar 2019 01:59
Maduro Venesuelada 50 min könüllü xalq dəstələri yaradır

Bakı. 30 yanvar. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro bildirib ki, respublika ərazisində könüllülərdən ibarət 50 min xalq dəstələri yaradılacaq.

“Report” "El Universal" nəşrinə istinadən xəbər verir ki, o bunu hərbçilər qarşısında çıxışı zamanı deyib.

"Bizim aprelin 13-dək iki milyon könüllü toplamaq və ən yaxşı səviyyədə təşkil olunmuş müdafiə bölmələri yaratmaq hədəfimiz var", - deyə o bildirib.

Qeyd olunur ki, həmçinin Maduro ölkə şəhərləri, qəsəbələri, rayonları və kəndlərində 50 mindən çox xalq könüllü dəstələrinin yaradılacağını elan edib.

Daha əvvəl Nikolas Maduro ölkənin müxalifət liderlərini milli dialoqa başlamağa çağırıb.

Son xəbərlər

Orphus sistemi