Maduro: Venesuela turizm və ixrac potensialını inkişaf etdirəcək

Maduro: Venesuela turizm və ixrac potensialını inkişaf etdirəcək Bakı. 12 fevral. REPORT.AZ/ Venesuela turizm potensialını inkişaf etdirmək və milli məhsullarını dünya bazarlarına çıxarmaq niyyətindədir.
Digər ölkələr
12 Fevral , 2019 05:53
Maduro: Venesuela turizm və ixrac potensialını inkişaf etdirəcək

Bakı. 12 fevral. REPORT.AZ/ Venesuela turizm potensialını inkişaf etdirmək və milli məhsullarını dünya bazarlarına çıxarmaq niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro bazar ertəsi günü Karakasda "Ölkənin markası: Venesuela" proqramının təqdimatında deyib.

"Biz Venesuelanın sülh və inkişafı üçün əlimizdən gələni edəcəyik ki, ölkəmizi daha yaxşı bir gələcək ilə təmin edək", - deyə o bildirib.

Maduro xarici valyutanın ölkəyə daxil olmasını artırmaq məqsədilə ixrac edilən məhsulların çeşidini və miqdarını artırmağın zəruriliyini qeyd edib.

O bu proqramın təqdim edilməsinin ölkənin beynəlxalq arenada təzyiqlərə məruz qaldığı zaman xüsusilə vacib olduğunu deyib.

Son xəbərlər

Orphus sistemi