Maduro ölkədə neft hasilatını iki dəfə artırmağa çağırıb

Maduro ölkədə neft hasilatını iki dəfə artırmağa çağırıb Venesuela prezidenti Nikolas Maduro ABŞ tərəfindən mövcud sanksiyalar çərçivəsində sosial problemləri həll etmək üçün neft hasilatının artırılmasının zəruri olduğunu bildirib.
Digər ölkələr
11 Avqust , 2019 05:43
Maduro ölkədə neft hasilatını iki dəfə artırmağa çağırıb

Venesuela prezidenti Nikolas Maduro ABŞ tərəfindən mövcud sanksiyalar çərçivəsində sosial problemləri həll etmək üçün neft hasilatının artırılmasının zəruri olduğunu bildirib.

“Report” xəbər verir ki, o bunu Birləşmiş Ştatlar tərəfindən iqtisadi təcridin tətbiqinə qarşı keçirilən mitinqdə deyib.

"Biz öz sərvət mənbələrimizi yaratmalıyıq... PDVSA-nın (neft şirkəti) səmərəliliyini artırmalıyıq, neft hasilatını qaldırmalıyıq", - deyə o bildirib.

Maduro bildirib ki, ölkə gündə bir milyon barel neft hasil edir, lakin, onun sözlərinə görə, ilin sonunadək bu göstəricini iki mln. barelə çatdırmaq lazımdır.

Prezident qeyd edib ki, "Venesuela sərvəti"nin satışından əldə olunan pullar səhiyyə, təhsil və inşaat sahələrinə yatırılmalıdır. Belə olan halda Bolivar Respublikası Amerika sanksiyalarına cavab verəcəyinə ümid bəsləyir.

Son xəbərlər

Orphus sistemi