Maduro MKİ-ni Venesuelada terror aktları hazırlamaq ittiham edib

Maduro MKİ-ni Venesuelada terror aktları hazırlamaq ittiham edib Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsini (MKİ) respublikanın ərazisində terror aktları hazırlıamaqda ittiham edib.
Digər ölkələr
23 Sentyabr , 2020 08:36
Maduro MKİ-ni Venesuelada terror aktları hazırlamaq ittiham edib
Nikolas Maduro

Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsini (MKİ) respublikanın ərazisində terror aktları hazırlamaqda ittiham edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə başçısı dövlət televiziyasının efirində bildirib.

Onun sözlərinə görə, Venesuela hakimiyyətinə ABŞ prezidenti Donald Tramp hökumətinin Venesuelaya hücumların təşkili üçün Birləşmiş Ştatların Narkotiklərin Yayılmasına qarşı Mübarizə üzrə İdarəsindən istifadə etməsi məlumdur. Maduro bildirib ki, indi ABŞ hökuməti MKİ və onun bilavasitə agentlərinə gizli terror əməliyyatları keçirməyə icazə verib.

Hazırlanan hücumların neft obyektləri, hərbi obyektlər, elektrik enerjisi və seçki prosesi də daxil olmaqla, bir sıra sahələri hədəf aldığı iddia edilir. Eyni zamanda, prezident daha əvvəl ABŞ-ın xüsusi xidmət orqanlarının rəsmi Vaşinqtonun planlarını ortaya qoyan nümayəndələrindən birinin Venesuelada tutulduğunu xatırladıb.

Son xəbərlər

Orphus sistemi