Maduro məşhurlaşmasına görə Trampa təşəkkür edib

Maduro məşhurlaşmasına görə Trampa təşəkkür edib Müxalifətlə danışıqlar növbəti həftə başlayacaq
Digər ölkələr
9 Oktyabr , 2017 07:48
Maduro məşhurlaşmasına görə Trampa təşəkkür edib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro amerikalı həmkarı Donald Trampa onun adını daim yada saldığı üçün təşəkkür edib.

“Report”un RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, Maduronun fikrincə, Tramp Venesuela müxalifətin başçısı səlahiyyətlərini "üzərinə götürüb".

“Tramp məni dünyaca məşhur edib. Bu mənim üçün qürurdur ki, bir imperiyanın başçısı heç bir gün keçmir, adımı çəkir. Deməli, düzgün iş görürəm”, - deyə o bildirib.

Bununla belə, Maduro qeyd edib ki, müxalifətlə danışıqların başladılması barədə razılıq 95 faiz razılaşdırılıb. Tərəflər arasında dialoqun növbəti həftə başlanılacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi