Maduro: Kolumbiya Venesuelaya qarşı yeni hücumlar hazırlayır

Maduro: Kolumbiya Venesuelaya qarşı yeni hücumlar hazırlayır Venesuale Prezidenti Nikolas Maduro bildirib ki, Kolumbiyada onun ölkəsinə qarşı yeni hücum hazırlanır.
Digər ölkələr
29 Dekabr , 2020 03:07
Maduro: Kolumbiya Venesuelaya qarşı yeni hücumlar hazırlayır
Nikolas Maduro

Venesuala Prezidenti Nikolas Maduro bildirib ki, Kolumbiyada onun ölkəsinə qarşı yeni hücumlar hazırlanır.

“Report” xəbər verir ki, dövlət başçısı belə iddia ilə özünün tvitterdəki hesabında yayım zamanı çıxış edib.

O, qeyd edib ki, qarşı tərəfin hücumu Venesuelanın hərbçilərinə qarşı yönəldilib.

"Kolumbiyadan ilin sonunda ölkənin hərbçilərinə qarşı təlim görmüş muzdlularla, İvan Duke (Kolumbiya prezidenti-red) tərəfindən maliyyələşmə ilə hücumlar hazırlanır", - o deyib.

Daha əvvəl də Venesuela lideri bildirib ki, Kolumbiyada Venesuelaya hücumlar məqsədilə yeni silahlılar hazırlayırlar.

"Kolumbiyada muzdluların yeni qrupları formalaşdırılır. Bizdə onların adları, soyadları, yerləri, təşkilatçıları və həmin şəxsləri kimin gizlətməsi haqqında məlumatlar var. Yenidən hamı İvan Dukeni göstərir", - o bildirib.

Son xəbərlər

Orphus sistemi