Maduro Kolumbiya prezidentini Venesuelanın düşməni elan edib

Maduro Kolumbiya prezidentini Venesuelanın düşməni elan edib Venesuela prezidenti Nikolas Maduro, kolumbiyalı həmkarı İvan Dukenin milli düşmən olduğunu bəyan edib.
Digər ölkələr
29 Dekabr , 2019 03:48
Maduro Kolumbiya prezidentini Venesuelanın düşməni elan edib

Venesuela prezidenti Nikolas Maduro, kolumbiyalı həmkarı İvan Dukenin milli düşmən olduğunu bəyan edib.

“Report” “TASS”a istinadən xəbər verir ki, Maduro müvafiq açıqlamanı Karakasdakı ordu nümayəndələri qarşısında çıxışı zamanı verib. 

Onun sözlərinə görə, ölkədə vəziyyəti gərginləşdirmək üçün edilən bütün cəhdlərin arxasında rəsmi Boqota dayanır.

“Venesuelanın düşməni Boqotoda, Kasa de Narinyodadır (prezident iqamətgahında) və adı (Kolumbiya Prezidenti) İvan Dukedir. Ölkədəki vəziyyəti gərginləşdirmək üçün bütün hücumlar Kolumbiyada hazırlanıb, maliyyələşdirilib və Venesuelada dövlət çevrilişi həyata keçirmək üçün göndərilib”.

Venesuela rəhbəri, Kolumbiya ilə həmsərhəd olan ştatlardakı hərbçilərə və polislərə maksimum şəkildə ayıq və hazırlıqlı olmaları barədə çağırış edib: 

“Onlar keçməyəcək!”, prezident vurğulayıb.

Son xəbərlər

Orphus sistemi