Maduro Avropa İttifaqının nümayəndəsinə 3 gün vaxt verdi

Maduro Avropa İttifaqının nümayəndəsinə 3 gün vaxt verdi Avropa İttifaqının (Aİ) Venesuela prezidenti Nikolas Maduroya yaxın olan 11 rəsmi şəxsə qarşı sanksiya tətbiq etməsindən sonra qurumun Karakasdakı nümayəndəsinə ölkəni tərk etməsi tələb edilib.
Digər ölkələr
30 İyun , 2020 06:43
Maduro Avropa İttifaqının nümayəndəsinə 3 gün vaxt verdi

Avropa İttifaqının (Aİ) Venesuela prezidenti Nikolas Maduroya yaxın olan 11 rəsmi şəxsə qarşı sanksiya tətbiq etməsindən sonra qurumun Karakasdakı nümayəndəsinə ölkəni tərk etməsi tələb edilib.

“Report”un xəbərinə görə, bu barədə TASS məlumat verib.

Venesuela prezidenti Nikolas Maduro bildirib ki, Aİ-nin Karakasdakı nümayəndəsinə ölkəni tərk etməsi üçün 72 saat vaxt verilib.

Bundan əvvəl, ABŞ da Venesuela hakimiyyətinə qarşı sanksiyaları genişləndirərək, siyahıya bu ölkənin üç vətəndaşının, səkkiz şirkətinin və iki neft tankerinin adlarını əlavə edib.

Son xəbərlər

Orphus sistemi