Yuxarı

Maduro: ABŞ Venesuela ilə əlaqələri normallaşdırmaq istəmir

Venesuela prezidenti Barak Obama administrasiyasını tənqid edib.

Bakı. 5 oktyabr. REPORT.AZ/ Venesuelanın prezidenti Nikolas Maduro bəyan edib ki, rəsmi Vaşinqton onun ölkəsi ilə əlaqələri qəsdən normallaşdırmaq istəmir.

“ABŞ prezidenti Barak Obama prosesi uzadır. Münasibətləri diplomatik müstəvidə normallaşdırmaq istədim. Lakin ABŞ-a yolladığım səfirin namizədliyi il yarımdır ki təsdiq edilmir” - deyə Maduro bildirib.

Onun sözlərinə görə, bir sıra dövlətlə diplomatik əlaqələri inkişaf etmirməkdən boyun qaçıran Vaşinqton adekvat cavabla qarşılaşanda nədənsə çox təəccüblənir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi